Yükqaldırma Avadanlıqlarının Yoxlanması və Müayinəsi

Home » Xidmətlər » Yükqaldırma Avadanlıqlarının Yoxlanması və Müayinəsi

Yükqaldırma Avadanlıqlarının Yoxlanması və Müayinəsi

        Aşağıda adları çəkilən yükqaldırma avadanlıqlarının yük testi, vizual yoxlama, dağıdıcı və qeyri-dağıdıcı üsullarla yoxlanması xidmətlərini göstərir:

  • Kanat burazlar, lifli burazlar, sırğalar, takelaj vintləri, lövhə sıxacları və s. kimi yükqaldırma aksesuarlarının müayinəsi və yoxlanması
  • Zəncirli tallar, qollu tallar, tirforlar, tir sıxacları kimi portativ yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Metal yükqaldırma konstruksiyaları, bucurğadlar, körpülü kranlar, yükqaldırma nöqtələri kimi sabit yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Mobil kranlar, tırtıllı kranlar, mobil qaldırıcı iş platformaları (səbətlər), çəngəlli yükləyicilər, teleskopik yükləyicilər, borudüzənlər, ekskavatorlar və s. kimi mobil yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Onşor və ofşor konteynerlərinin, relslərin, yük bunkerlərinin, səbətlərin, qaz qəfəslərinin (balonların daşınması üçün çərçivələrin), yük konteynerlərinin, xidməti konteynerlərin və s. müayinəsi və yoxlanması
  • Təhlükəsizlik kəmərləri, qoruyucu troslar, qaytanlar, karabinlər, statik / dinamik kəndirlər, ətalətli sarğaclar və s. kimi hündürlükdən yıxılma əleyhinə avadanlıq və sistemlərinin müayinəsi və yoxlanması
  • Boru qəfəsləri, rəflər və s. kimi metal saxlama sistemlərinin müayinəsi və yoxlanması.

Yükqaldırma avadanlıqlarının müayinəsi üzrə xidmətlərimiz BS, ASME, ISO və s. kimi beynəlxalq standartlara uyğun həyata keçirilir.

 

 

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.